Sərnişinlərimizi ruslar daşıyacaq
18 Fevral 2012 Şənbə 17:20
Dəmir yollarında Azərbaycandan Rusiya istiqamətində bütün sərnişin daşımalarını Rusiya tərəfi həyata keçirəcək.
Bundan sonra dəmir yollarında Azərbaycandan Rusiya istiqamətində bütün sərnişin daşımalarını Rusiya tərəfi həyata keçirəcək. Bu barədə ANS PRESS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Moskva-Bakı-Moskva və Sankt-Peterburq – Bakı - Sankt-Peterburq sərnişin qatarı marşrutu üzrə sərnişin daşımalarını Rusiyanın Federal Sərnişin Şirkəti həyata keçirəcək.

Belə ki, artıq 55 nömrəli Moskva-Bakı-Moskva marşrutunda Rusiyanın Federal Sərnişin Şirkəti ASC-nin vaqonlarından təşkil edilən qatarlar hərəkət etməyə başlayıb: “Hər biri 12 vaqondan ibarət üç qatar 55 nömrəli Moskva-Bakı-Moskva sürət sərnişin qatarı marşrutu üzrə istiqamət alıb”.

N. Əzməmmədov bildirib ki, gələn ay, martın 1-dən etibarən 313 nömrəli Bakı-Sankt-Peterburq sərnişin qatarı marşrutu da FSŞ-nin vaqonlarından təşkil ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar