Cəfərabad-Şəki yolundakı qaz kəmərində sızma baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, orta təzyiqli sızma kəmərin 530 mm-lik daşıyıcısında qeydə alınıb. Daha bir sızma isə Şəkidəki Olimpiya İdman Kompleksinin ərazisindəki kəmərdə baş verib. Bu barədə ANS PRESS-ə məlumatı Şəki şəhər Qaz İstismar İdarəsinin rəisi Adil Mustafayev verib. İdarə rəisi bildirib ki, qəza ilə əlaqədar rayona qazın verilişi dayandırılıb. Kəmərdə təmir işlərinə bu gün günorta saatlarında aparılacaq./ANS PRESS/