Səhiyyə sistemində yaşı 65-i keçmiş şəxslərin 50%-i işdən çıxarılıb
09 Sentyabr 2011 Cümə 12:02
Azərbaycanın səhiyyə sistemində yaşı 65-i keçmiş 7100 nəfərdən çox işçi olub. Qanunvericiliyə uyğun olaraq onlardan təxminən 50%-i - 3000-3500 nəfər işdən çıxarılıb.


APA-nın məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavini bununla belə, qanunun tətbiqi zamanı bəzi meyarların nəzərə alındığını deyib: “Ucqar kənd yerlərində və ehtiyac olan yerlərdə yaşı 65-i keçmiş şəxslərin işləməsinə hələlik imkan verilir”.

E. Ağayev yaşı 70-i keçmiş səhiyyə işçiləri ilə bağlı da meyarların hazırlandığını bildirib.

Həmin meyarlar yaxın günlərdə Nazirlər Kabinetində təsdiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar