Şəhidlər Xiyabanında hazırlıqlar başa çatmaq üzrədir
17 Yanvar 2012 Çərşənbə Axşamı 21:29
“Əbədi məşəl” kompleksinin yanındakı pilləkənlərdə eskalatorun quraşdırılması ilə bağlı son tamamlanma işləri gedir.
1990-cı ilin 20 yanvar faciəsinin 22-ci ildönümünə bir neçə gün qaldığı bir vaxtda Şəhidlər Xiyabanında hazırlıqlar və bərpa işləri başa çatmaq üzrədir. “Əbədi məşəl” kompleksinin yanındakı pilləkənlərdə eskalatorun quraşdırılması ilə bağlı son tamamlanma işləri gedir. 15 metrlik eskalatorun quraşdırılmasında əsas məqsəd xiyabana gələn insanların hərəkətini asanlaşdırmaqdır.
Bundan başqa, xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət “Buta” kompozisiyası hazırlanır. Şəhidlər Xiyabanındakı döşəmə daş plitələrindən 600-ü dəyişdirilib, şəhid qəbirləri, işıq dirəkləri hazır vəziyyətə gətirilib. Üzlük daşları yonulub və təmizlənib.
DOSTLARINLA PAYLAŞ: