Şəhər telefonlarında vaxta görə ödəniş sistemi tətbiq edilməyəcək
14 Dekabr 2011 Çərşənbə 20:02
RİTN: “Bu cür məlumatlar ictimaiyyət arasında anlaşılmazlıq və narahatlıq yaradıb”.
“Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Bakı şəhərində sabit telefon şəbəkəsində vaxta görə ödəniş sisteminin tətbiqi, müasir tələblərə cavab verən və əhalinin sosial maraqlarına toxunmayan təkliflər paketi ilə bağlı məlumatlar ictimaiyyət arasında anlaşılmazlıq və narahatlıq yaradıb”. Bunu RİTN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov deyib.
O bildirib ki, əhalinin məsələ ilə bağlı münasibətini nəzərə alaraq nazirlik bununla bağlı təkliflər paketini Tarif Şurasından geri götürüb.
M.Əmirov vurğulayıb ki, gələn il ictimaiyyət arasında izahat və təbliğat işi aparılaraq, ictimaiyyət tərəfindən müsbət reaksiya alınarsa, stasionar telefonlar üzrə danışıqlarda ödənişli sistemlə bağlı təkliflər paketi yenidən Tarif Şurasına təqdim edilə bilər.
DOSTLARINLA PAYLAŞ: