Səfər Əbiyevin İrana gedəcəyi barədə xəbərlər yalan çıxdı
04 Dekabr 2011 Bazar 01:01
Hərbi attaşe: “İran KİV-də çap olunmuş məlumatın doğruluğu Azərbaycanın və İranın müvafiq rəsmi orqanları tərəfindən təsdiqlənməyib”
Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin İran İslam Respublikasına səfər edəcəyi barədə məlumatlar yayılıb. AzərTAc-ın müxbiri bu məsələ ilə bağlı yayılan informasiyaları dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının İrandakı hərbi attaşesi Mehman Süleymanova müraciət edib. Hərbi attaşe yayılan məlumatları təkzib edib: “Bu informasiyalar İran kütləvi informasiya vasitələrində çap olunmuş məlumat əsasında yayılıb. Lakin məlumatın doğruluğu Azərbaycanın və İranın müvafiq rəsmi orqanları tərəfindən təsdiqlənməyib. Əgər gələcəkdə belə bir səfər planlaşdırılarsa, rəsmi qaydada ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, yayılan məlumatlarda Azərbaycanın müdafiə nazirinin İrana yanvarda səfər edəcəyi iddia edilirdi.
DOSTLARINLA PAYLAŞ: