Ölkə

Səbail rayonunda su olmayacaq

Buna səbəb Funikulyorun yaxınlığında aparılan tikinti işləridir.

· Xəbərçi
Səbail rayonunda su olmayacaq
Bu gün Bakının mərkəzində - Səbail rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq. “Azərsu” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə içməli suyun verilməsində problemlərin yaranmasına səbəb Neftçilər prospektində (Funikulyorun yaxınlığında) aparılan tikinti işləri ilə əlaqədar magistral su xətlərinin köçürülməsidir.
Qeyd edək ki, yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər