Ölkə

Saxta pulla balıq almaq istəyənləri polis tutdu

Saxlanılanlardan 9 ədəd 50, 22 ədəd saxta 20 manatlıq əskinaz aşkar edilib.

· Xəbərçi
Saxta pulla balıq almaq istəyənləri polis tutdu
Bakıda balıq satıcısına saxta pul vermək istəyən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 3-də 7-ci mikrorayonda Ağstafa rayon sakinləri Seymur Qəhrəmanov və Anar Alməmmədov Ucar rayon sakini Rəfail Qurbanova balıq almaq adı ilə 2 ədəd saxta 50 manatlıq əskinaz təqdim edərkən Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Onlardan əlavə olaraq 9 ədəd 50 manatlıq və 22 ədəd saxta 20 manatlıq əskinaz aşkar edilib.

Şərhlər