Şamaxı rayonunda Muğanlı kəndi ərazisində torpaq sürüşməsi baş verib. Şamaxı rayon İcra Hakimiyyəti başçısının sosial işlər üzrə müavini Ağamustafa Vahidovun ANS PRESS-ə verdiyi məlumata görə, 2009-cu ildən gedən torpaq sürüşməsi bu il yağıntılardan sonra daha da intensivləşib. Əgər ötən ildən 14 ev qəzalı vəziyyətdə idisə, indi onların sayı 50-yə çatır.
“Rayonun ən aktiv sürüşmə zonası hazırda Muğanlı kəndi sayılır. Sürüşmə nəticəsində bir çox evlərə ziyan dəyib. Hazırda biz Fövqəlada Halalr Nazirliyinə müraciət etmişik. Əraziyə mütəxəsislər dəvət edilib, evlərə baxış keçirilir. İndi 14 evin sakinləri başqa evlərə kömürüləcək. Digər dəymiş ziyan da araşdırılır”, - deyə Ağamustafa Vahidov vurğulayıb.
Şamaxıda sürüşmə: 50 ev yararsız hala düşüb
Bu il yağıntılardan sonra Muğanlı kəndində torpaq axını fəallaşıb.




Şərhlər