Bu gün saat 10.34-də Şamaxı şəhərindən 17 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 2,5 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Şamaxının bəzi yaşayış məntəqələrində zəif yeraltı təkanlar hiss edilib. Tələfat və dağıntı yoxdur.
Xatırladaq ki, bu gün saat 9.12-də Zaqatala və Balakən rayonlarının sərhədində 12 ballıq cədvəl üzrə 3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Balakən rayonunun ərazisində 3 bal gücündə hiss edilib. Dağıntı və tələfat yoxdur. /ANS PRESS/