Ölkə

SAM-ın eksperti Vaşinqton Universitetində araşdırma aparacaq

Rauf Qaragözov Fulbrayt (Fulbright) proqramını qazanıb

· Xəbərçi
SAM-ın eksperti Vaşinqton Universitetində araşdırma aparacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rauf Qaragözov, təcrübəli alimlər üçün ABŞ-ın ən nüfuzlu universitetlərində və digər təhsil müəssisələrində işləmək imkanı yaradan Fulbrayt (Fulbright) proqramını qazanıb. SAM-ın mətbuat xidmətindən verilən məlumata görə, qurumun əməkdaşı Proqram çərçivəsində Vaşinqton Universitetində 9 ay müddətində Sosial və Siyasi psixologiya istiqaməti üzrə “Münaqişələrin həllində narrativlərin rolunun öyrənilməsi” mövzusunda tədqiqatlar aparacaq.

Birləşmiş Ştatların Dövlət Departamenti Fulbrayt proqramına görə tam məsuliyyət daşıyır.
Proqram ABŞ səfirliyi tərəfindən idarə olunur.

Şərhlər