Ölkə

Salyanda içməli su təminatı yaxşılaşdırılacaq

Salyanda içməli su təminatı yaxşılaşdırılacaq. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 800 min manat ayrılıb.

· Xəbərçi
Salyanda içməli su təminatı yaxşılaşdırılacaq
Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Salyan rayonunun 6,1 min nəfər əhalisinin yaşadığı Dayıkənd, Seyidlər, Beştalı, Şorsulu yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 800 min manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. ANSPRESS

Şərhlər