Salyan rayonunda ev yanıb
22 Mart 2012 Cümə Axşamı 13:33
Azərbaycanın Salyan rayonunda ev yanıb
 .
Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan rayon Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) məlumat verilib. Bu gün günorta saatlarında Salyan rayonunun mərkəzindən 9 kilometr aralıda yerləşən Çuxanlı kəndində, 53 yaşlı Xanımana Ərəstun qızı Tahirovaya məxsus fərdi yaşayış evində qəfil yanğın baş verib. Hadisə zamanı ev sahibləri evdə olmadığından, yanğın barədə qonşular Salyan DYMX-nin mühafizə hissəsinə məlumat veriblər. Hadisə yerinə dərhal 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb. İki mərtəbədən ibarət 7 otaqlı evin içindəki əşyalarla birlikdə yandığı bildirilir. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının nədən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Salyan rayon DYMX-də araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar