Şahin Məmmədov Hərbi Dəniz Qüvvələri (HDQ) qərargah rəisi vəzifəsinə təyinat alıb. Müdafiə Naziri Zakir Həsənov bu barədə əmr verib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi vəzifəsinə təyinat olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə I dərəcəli kapitan
Şahin Məmmədov bu gün HDQ-nin qərargah rəisi vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, bu il mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunmuşdu. Həmin vaxtdan Ş.Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.
Onu da bildirək ki, bu il mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub.