Yeni Kend Teserrüfatı Naziri Heyder Esedov kimdir?
22 Oktyabr 2013 Çərşənbə Axşamı 23:19
Azerbaycan Respublikasının yeni kend teserrüfatı naziri vezifesine Heyder Esedov teyin olunub.
Prezident İlham Eliyev Nazirler Kabinetinin yeni terkibi haqqında bu gün verdiyi serencama göre, Azerbaycan Respublikasının kend teserrüfatı naziri vezifesine Heyder Xanış oğlu Esedov teyin olunub. İsmet Dursun oğlu Abasov ise Azerbaycan Respublikası baş nazirinin müavini teyin edilib. Bes onu evez etmiş Heyder Xanış oğlu esedov kimdir?
ANS PRESS-in melumatına göre, Heyder Xanış oğlu esedov iqtisadçıdır. Bundan evvel Azerbaycan Respublikası Hesablama Palatasının sedri olub. 2-ci dereceli "Vetene xidmete göre" ordeninin kavaleridir (2011).
ANS PRESS-in melumatına göre, 1959-cu il oktyabr ayının 24-de Ermenistan SSR-in Qarakilse rayonunda anadan olub. 1978-ci ilde Bakı Sovet Ticareti Texnikumunun mühasibat uçotu fakültesini, 1983-cü ilde D.Bünyadzade adına Azerbaycan Xalq Teserrüfatı İnstitutunun Uçot-iqtisad fakültesini bitirib.
1978-1984-cü illerde İnstitutda oxuduğu illerde fehle, mühasib, böyük mühasib, böyük teftişçi vezifelerinde çalışıb. 1983-1992-ci illerde Azerbaycan Dövlet İqtisad İnstitutunda müellim, baş müellim vezifelerinde işlemiş, 1987-ci ilde M.V.Lomonosov adına Moskva Dövlet Universitetinde namizedlik dissertasiyasını müdafie ederek iqtisad elmleri namizedi alimlik derecesini alıb.
1992-1995-ci illerde Türkiyenin Mermere Universitetinin doktorantı olub.
1995-ci ilde Azerbaycan Respublikası Prezidentinin Serencamı ile Maliyye nazirinin müavini teyin edilib, 1996-2007-ci illerde Maliyye Nazirliyi yanında Baş Dövlet Xezinedarlığının Baş direktoru, Azerbaycan Respublikası Maliyye nazirinin müavini vezifelerinde işleyib.
17 aprel 2007-ci ilde Azerbaycan Respublikası Milli Meclisinin qerarı ile Hesablama Palatasının sedri vezifesine teyin edilib. 22 oktyabr 2013-cü ilde Azerbaycan Respublikasının kend teserrüfatı naziri vezifesine teyin edilib.
3 monoqrafiyanın ve 30-dan çox elmi eserin müellifidir.
Ailelidir. Üç övladı var.
DOSTLARINLA PAYLAŞ: