Balakən və Zaqatalada zəlzələ baş verib
18 Aprel 2009 Şənbə 11:05
Yeraltı təkanlar Balakən rayonunda 3, Zaqatala rayonunda isə 2,5 bal gücündə hiss edilib

Bu gün səhər saat 08:32-də Balakən rayonundan 24 kilometr qərbdə Azərbaycan-Gürcüstan sərhəddində zəlzələ baş verib. Milli Elmlər Akademiyası yanında respublika seysmoloji xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişlinin ANS-ə verdiyi məlumata görə, yeraltı təkanların gücü Rixter cədvəli üzrə 3 bal olub. Zəlzələ Balakən rayonunda 3 bala qədər, Zaqatala rayonunda isə, 2,5 bal gücündə hiss edilib. Tələfat və dağıntılar qeydə alınmayıb./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar