Sabaha olan hava proqnozu
21 Mart 2012 Çərşənbə 14:14
Hava əsasən yağmursuz keçəcək.
Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Martın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir.
Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir.
Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir
DOSTLARINLA PAYLAŞ: