Sabaha olan hava proqnozu
12 Mart 2012 Bazar Ertəsi 12:11
Hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: martın 13-də Abşeron yarımadasında nisbətən sabit və mülayim hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, martın 14-15-də atmosfer təzyiqinin təzadlı tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişsizdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar