Sabah yağış gözlənilir
19 Aprel 2012 Cümə Axşamı 12:58
Həftəsonuna əlverişli hava proqnozlaşdırılır
Bakıda və Abşeron yarımadasında sabah az yağış yağma ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 20-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Aprelin 19-u axşam Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və aprelin 20-də xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, aprelin 21-22-də əlverişli temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar