Ölkə

Sabah yağış gözlənilir

Noyabrın 4-5-də Bakıda və Abşeron yarımadasında meteohəssas insanlarda narahatlıq hissi yarana bilər.

· Xəbərçi
Sabah yağış gözlənilir
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 6-11 dərəcə, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 4-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 4-5-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, nisbi rütubətin normadan bir qədər yüksək olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Şərhlər