Sabah Sabunçu və Xəzər rayonlarında qaz olmayacaq
03 Noyabr 2011 Cümə Axşamı 17:26
Bakının bir sıra kəndlərinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Bakının Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Digah-Buzovna (Cənub)” qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar sabah 4 noyabr tarixində saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Bakının Sabunçu və Xəzər rayonlarının Binə, Qala, “Hövsan südçülük”, Türkan, Buzovna, Mərdəkan, Şüvəlan, Zabrat-I, Zabrat-II, Kürdəxanı, Pirşağı, Bilgəh, Nardaran, Maştağa və Albalılıq qəsəbələrinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar