Sabah 6 rayonda qaz olmayacaq
19 Aprel 2012 Cümə Axşamı 21:05
Göyçay, Ucar, Zərdab, Xızı, Ağstafa və Hacıqabul rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Sabah Göyçay, Ucar, Zərdab, Xızı, Ağstafa və Hacıqabul rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 20 aprel tarixində saat 10:00-dan “Göyçay-2”, “Ucar”, “Zərdab” və “Lək” Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayonun Rəstəcə, Gəraybəyli və Qarabörk kəndlərinə, Göyçay şəhərinin bir hissəsinə, eləcə də Zərdab rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

Həmin gün təmir işləri ilə əlaqədar olaraq saat 09:00-dan 18:00-dək “Köçəsgər” və “Yaşma” Qazpaylayıcı Stansiyalarından, həmçinin “Hacıqabul-2” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Ağstafa rayonun Eynallı, Həsənsu, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göyçəli, Köçəsgər kəndlərinə, S.Vurğun qəsəbəsinə, Xızı rayonunun Köhnə Yaşma kəndinə və Hacıqabul şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar