Saatlı sakini qızın mədəsindən 1 kq tük çıxarılıb
10 Fevral 2012 Cümə 23:25
Hazırda xəstə Nüranə Behğutovanın vəziyyəti orta ağırdır.
Bakı Mir Qasımov adına respublika klinik xəstəxanasında 25 yaşlı qızın mədəsindən 17 cm uzunluğunda yad cism əməliyyat olunaraq çıxarılıb. Cərrah-həkimin bildirməsinə görə 1985-ci il təvəllüdlü Saatlı rayon Nərimankənd sakini Behğutova Nüranə Teymur qızı son bir neçə gündə mədəsində kəskin ağrılar hiss edib. Yerli xəstəxanaya müraciət edən zaman valideynlərə qızlarının əməliyyat olunmasını bildiriblər. Valideynləri onu Bakıya gətiriblər.

Cərrah Fariz Cəfərov 2 saata yaxın davam edən əməliyyat sonunda gənc qızın mədəsindən 1 kq-a qədər ağırlığında tük topası çıxarıb. Tük topası mədə formasını alıb. Həkim deyir ki bu xəstəlik uşaqların bəzən əsəblərini cilovlamaq məqsədilə saçlarını çeynəməsindən və ya yemək yeyərkən bilməyərəkdən saçlarını udmasından yaranır. “Bu xəstəlik bezuar adlanır ərəb dilindən tərcümədə daş deməkdi. Bu xəstəliyin 2 növü var. Təbii ki, yeyinti məhsullarından və saç topalarından yaranan bezuar”.

Cərrah-həkimin təcrübəsində bu ilk hal deyil. Fəaliyyəti müddətində dəfələrlə pasientlərin mədəsindən yad cismlər çıxardığını deyən Fariz Cəfərov 6 ay bundan əvvəl də Qəbələ rayonundan olan bir qızın mədəsindən uzunluğu 20 cm, eni 7-8 cm olan 2 kq ağırlığında tük topası çıxarıb. “Qeyd etdiyimiz kimi indiyə qədər kiçik ölçülü 5-6 cm uzunluğunda olub araşdırdıq ki, bu ölçüdə bezuara dünyada rast gəlinmiyib”.

Hazırda xəstə Nüranə Behğutovanın vəziyyəti orta ağırdır və o reanimasiya və intensiv terapiya şöbəsində həkim nəzarətindədir. Xəstəliyin gedişindən asılı olaraq 10 gün ərzində onun evə buraxılması nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar