Saakaşvili parlamentdə azərbaycanca “Bir kərə yüksələn bayraq, bir daha enməz” dedi
07 Mart 2012 Çərşənbə 12:42
Gürcüstan prezidenti Milli Məclis çıxış edib.
“Bizi strateji əməkdaşlıq, əsrlər boyu davam edən böyük dostluq əlaqələri bağlayır. Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin iclasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.

“Biz qələbələrdə və məğlubiyyətlərdə bir olmuşuq - istər xristianlara, istər müsəlmanlara qarşı... İlk dəfə Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub”, - deyə o bildirib.

M. Saakaşvili çıxış edərkən Məhəmməd Əmin Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərini Azərbaycan dilində səsləndirib.

Gürcüstan prezidenti çıxışının sonunda da bu şüarı bir daha Azərbaycan dilində təkrarlayıb. Onun bu sözləri MM üzvləri tərəfindən alqışlarla qarşılanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar