Ölkə

Rövnəq Abdullayev: Biz 10-20 il əvvəl tikilmiş evləri sökmürük

ARDNŞ-ə məxsus torpaqlarda tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı vətəndaşlara təzminat verilməsi nəzərdə tutulmayıb.

· Xəbərçi
Rövnəq Abdullayev: Biz 10-20 il əvvəl tikilmiş evləri sökmürük
Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus torpaqlarda tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı vətəndaşlara təzminat verilməsi nəzərdə tutulmayıb. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, ARDNŞ 10-20 il əvvəl tikilmiş evləri sökmür, bu yalan fikirdir: "Şirkət tərəfindən sökülən evlər son 1 və ya 1,5 il ərzində tikilən evlərdir. Şirkət nümayəndələri tərəfindən həmin ərazilərə baxış keçirilib, bir il bundan qabaq peyk vasitəsilə qeydə alınan boş yerlərdə hazırda qanunsuz evlər tikilir".

R.Abdullayev bildirib ki, "Binəqədi Oil Operation Company" ilə hökumət arasında müvafiq beynəlxalq müqavilə bağlanılıb: "Bu müqaviləyə əsasən dövlət zəmanət götürüb. Müqavilənin şərtlərində şirkət götürdüyü yatağı tam abadlaşdıraraq, neftin hasilatını iki dəfədən çox artırmalıdır, bu onların öhdəliyidir. ARDNŞ tərəfindən verilən ərazilərin 66%-i zəbt olunubsa, biz onlardan bu öhdəliklərin yerinə yetirilməsini tələb edə bilmərik".

Şərhlər