Reseptsiz dərman satan apteklər bağlanacaq
17 Aprel 2009 Cümə 13:20
“Səhiyyə naziri tərəfindən qəti tələb olunur ki, heç bir aptekdə reseptsiz dərman verilməsin. Təəssüflər olsun ki, bəzi apteklər əhaliyə reseptsiz dərmanlar satırlar”.
APA-nın məlumatına görə, bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən də bu məsələyə çox ciddi yanaşılacaq. L. Seyidbəyova yaxın günlərdə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən paytaxtın bütün apteklərdə yoxlamalara başlanacaq: “Hansı aptekdə reseptsiz dərman verilməsi ilə bağlı fakt aşkar olunsa, bu apteklər bağlanacaq”.

Qeyd edək ki, hazırda Bakı şəhərində 300-dən artıq aptek fəaliyyət göstərir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar