Reket qəzetlərin növbəti siyahısı
17 Aprel 2009 Cümə 17:10
Mətbuat Şurasının katibliyinin şikayətlər komissiyası qurumun media “reket”liyi ilə mübarizə komissiyası ilə bu gün birgə iclas keçirib.
Media “reket”liyi ilə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadənin APA-ya verdiyi məlumata görə, iclasda “reket” qəzetlərin siyahısı açıqlanıb.

Siyahıya Şura rəhbərliyi “Qanun çərçivəsi”, “Həqiqət və Reallıq”, “Azərbaycan regionları”, “7 gün +”, “Parlamentin sədası”, “Nota”, “Bizim lider”, “Müfəttiş”, “Xalq Nəzarəti +” , “Qanun və gerçəklik”, “Dövlət qanunları”, Maliyyə nəzarəti”, “Doğma Respublika”, “Reallıq”, “Media və Qanun”, “Press-inform” qəzetlərinin və “Korrupsiya və Cəmiyyət” jurnalı daxildir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar