Ramil Usubov: Bu il korrupsiyaya görə 35 əməkdaş xidmətdən xaric olunub
20 Oktyabr 2011 Cümə Axşamı 14:28
Ramil Usubov: Korrupsiyaya şərait yaradan hallara yol verilməsi ilə bağlı 43 fakt aşkar edilib.
"Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə təkcə cari ilin 9 ayında korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunub və bu istiqamətdə tədbirlər davam etdirilir". Bu barədə daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib. Nazir qeyd edib ki, şəxsi heyət arasında neqativ halların qarşısının alınması sahəsində də lazımi ölçülər götürülür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar