Qütb telekanalının lisenziyası uzadıldı
14 Oktyabr 2011 Cümə 16:56
Milli Televiziya və Radio Şurasının iclasında “Qütb" teleradio şirkətinin müraciətinə baxılıb.
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. MTRŞ-nin mətbuat xidmətindədn verilən məlumata görə, iclasda “Qütb" teleradio şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini, Azərbaycan prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.9-cu bəndini rəhbər tutaraq “Qütb" teleradio şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar