Quş qripilə əlaqədar monitorinqin nəticəsi açıqlandı
03 Fevral 2012 Cümə 12:23
Azərbaycanda quş qripi aşkar edilməyib.
Quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanan növbəti monitorinq başa çatıb və müayinələrin nəticələri məlum olub. Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlimata görə, müayinə olunan nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib.

Xatırladaq ki, yanvarın 23-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl, 2 baş ev quşunun patoloji materialları həyətyanı təsərrüfatlardan gətirilən 1364 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Qeyd edək ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar