Ölkə

Quş ətinin açıq satışına qadağa qoyulub

Yolçu Xanvəli: “Quş əti Dövlət Baytarlıq Xidməti əməkdaşlarının nəzarət etdiyi ərazilərdə satılmalıdır”.

· Xəbərçi
Quş ətinin açıq satışına qadağa qoyulub
Payızda quş ətinin açıq satışına qadağa qoyulub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məbuat katibi Yolçu Xanvəlinin verdiyi məlumata görə, bu, köçəri quşların payızda miqrasiyası ilə əlaqədardır.

Onun sözlərinə görə, bu miqrasiyaya qədər diri quşların satışına müvəqqəti olaraq icazə verilsə də, indi diri quşlar yalnız qapalı məkanda satılmalıdır.

Bundan başqa, quş əti Dövlət Baytarlıq Xidməti əməkdaşlarının nəzarət etdiyi ərazilərdə satılmalıdır.

Şərhlər