Qubadakı kütləvi məzarlıq ziyarət edilib
16 May 2009 Şənbə 17:35
Məzarlığı ziyarət edənlər Dövlət İqtisad Universitetində keçirilmiş "İqtisadiyyatda tarixi ardıcıllıq" mövzusunda konfransa qatılmış Türkiyədən və Belorusiyadan qonaqlar olub

 

Bu gün 10 nəfərdən ibarət xarici qonaq 2005-ci ilin aprel ayında Qubada aşkar edilmiş kütləvi məzarlıqda olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qubaya ezam olunmuş ekspedisiya qrupunun rəhbəri Qəhrəman Ağayev "ANS PRESS"in qərb bürosuna bildirib ki, məzarlığı ziyarət edənlər Dövlət İqtisad Universitetində keçirilmiş "İqtisadiyyatda tarixi ardıcıllıq" mövzusunda konfransa qatılmış Türkiyədən və Belorusiyadan qonaqlar olub.

Onlar Bakıda keçirilən tədbirdən sonra Quba məzarlığını ziyarət etmək qərarına gəliblər. Ziyarətçilərə məzarlığın aşkar edilməsi tarixçəsi barədə məlumat verilib, məzarlıqda sümükləri aşkar edilənlərin 1918-ci ildə ermənilərin Qubada törətdikləri xüsusi amansızlıqlarla müşaiyət olunan qətllərin qurbanları olduğu bildirilib. Qonaqlar məzarlıqda gördüklərindən dəhşətə gəliblər.
Qəhrəman Ağayev həmçinin "ANS PRESS"ə bildirib ki, ekspedisiya qrupu 10 bənddən ibarət təkliflərini yazaraq Milli Elmlər Akademiyasının rəhbərliyinə, MEA rəhbərliyi isə Nazirlər Kabinetinə təqdim edib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar