Qubada yeni salınan qəsəbə gələn ay istifadəyə veriləcək
14 Sentyabr 2011 Çərşənbə 10:14
Qubada torpaq sürüşməsindən ziyan çəkən əhali üçün yeni salınan qəsəbə gələn ay istifadəyə veriləcək


Quba. Zaur Quliyev - APA. Quba rayonunun Güləzi kəndinin torpaq sürüşməsindən ziyan çəkmiş əhalisi üçün yeni salınan qəsəbədə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbə bu ilin oktyabr ayında istifadəyə veriləcək. Bu barədə APA-nın şimal bürosuna yeni salınan qəsəbənin tikinti işləri üzrə müdiri Səxavət Kərimov məlumat verib. Səxavət Kərimovun sözlərinə görə, burada 2, 3 və 4 otaqdan ibarət 189 fərdi yaşayış evi tikilib. Bundan əlavə, güləzililər üçün nəzərdə tutulan qəsəbədə 250 yerlik orta məktəb binası, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, istirahət parkı, bayraq meydanı, ATS və poçt şöbələri inşa olunub.

Qeyd edək ki, yeni salınan qəsəbə Quba rayonun Aşağı Atuc kəndinin yaxınlığında, Qusarçayının sağ sahilində yerləşir. İl ərzində Qusarçayın bol sululuğu nəzərə alınaraq ərazidə sahil bərkitmə işləri aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar