Qubada müasir meyvə-tərəvəz emalı müəssisəsi yaradılacaq
01 Dekabr 2011 Cümə Axşamı 17:22
Sahibkarlığa Kömək Milli Fondu yerli sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Fond tərəfindən Quba rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv meyvə bağlarının salınması, müasir meyvə-tərəvəz emalı müəssisəsinin, həmçinin Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən müxtəlif təyinatlı suvenirlərin və xatirə əşyalarının istehsalı sahəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar