Ölkə

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

Monitorinqin Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında keçirilməsi planlaşdırılır

· Xəbərçi
Qoşunların təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də təmas xəttində monitoruinq keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqin Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbayjan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Marius Puodzinas keçircəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndirijisi İmre Palatinus və səhra köməkçisi Antal Herdiç izləyəcək.

Şərhlər