Ölkə

Qışın ortasında Bakıda yaz havası yaşanacaq

Paytaxtda 12 dərəcəyədək isti gözlənilir.

· Xəbərçi
Qışın ortasında Bakıda yaz havası yaşanacaq
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, səhər duman və çiskin olacaq, axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gündüz hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı, dumanlı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Şərhlər