Ölkə

Qışın ilk günü Azərbaycanda hava şəraiti dəyişəcək

Ölkə ərazisində sulu qar və qar yağacağı gözlənilir.

· Xəbərçi
Qışın ilk günü Azərbaycanda hava şəraiti dəyişəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər havanın tədricən tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacağı, axşama doğru 0 dərəcəyə yaxınlaşacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi dağətəyi rayonlarda sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dekabrın 2-də yağıntılar kəsiləcək.

Şərhlər