Dünən axşam saatlarından başlayaraq bu gün günortayadək Qərb bölgəsinin əksər rayonlarına və eləcə də Gəncə şəhərinə palçıqlı, çirkli yağış yağıb. Ağstafa rayon Hidrometroloji Stansiyadan verilən məlumata görə, son bir neçə ildə bölgəyə palçıqlı yağış yağmayıb və bu hadisənin dəqiq səbəbləri məlum deyil. Stansiyanın mütəxəssisləri palçıqlı yağışın yağmasının səbəblərindən biri kimi bir neçə gün öncə Ərəbistan Səhralarında tufan olması və tozun külək vasitəsi ilə gətirilməsini ehtimal edirlər. Lakin bu sadəcə bir versiyadır və hadisənin səbəblərinin araşdırılmasına ehtiyac var. /"ganca.az"/