Qəhrəmanlar unudulmur! - Zakir Yusifov
29 Sentyabr 2011 Cümə Axşamı 10:23
Zakir Yusifov hərbi vertolyot komandiri kimi mühüm hərbi tapşırıqları bacarıqla yerinə yetirib.
Bu gün Milli Qəhrəman Zakir Yusifovun doğum günüdür. Zakir Tofiq oğlu Yusifov 1956-cı il sentyabrın 29-da Bakı şəhərində anadan olub. O, hərbi vertolyot komandiri kimi 1991-ci ildən mühüm hərbi tapşırıqları bacarıqla yerinə yetirib, yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd döyüşlərində qəhrəmanlıq göstərmiş, 1992-ci il oktyabrın 11-də Səfiyan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. 5 fevral 1993-cü ildə ona Milli Qəhraman adı verilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar