Qəhrəmanlar unudulmur! -Vüqar Mürsəlov
10 Mart 2012 Şənbə 10:52
Qəhrəman Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində rəşadətlə vuruşub
10 mart Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun doğum günüdür. Vüqar Mirəzbər oğlu Mürsəlov 1963-cü il martın 10-da Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 1991-ci ildən başlayaraq Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində Füzuli, Xanlar, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə bölgələrində rəşadətlə vuruşub. 1992-ci il iyunun 9-da Tərtər rayonu Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Göytəpə şəhərində oxuduğu məktəbə onun adı verilib, şəhərin mərkəzində büstü qoyulub, Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçələr var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar