Qəhrəmanlar unudulmur! - Viktor Seryogin
23 Mart 2012 Cümə 10:27
Yaşasaydı, Milli Qəhrəmanımızın 68 yaşını qeyd edəcəkdi.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin doğum günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Viktor Vasili oğlu Seryogin 1944-cü il martın 23-də Gürcüstanın Tiflis şəhərində anadan olub.

O, vertolyot heyəti tərkibində Qarabağ müharibəsində iştirak etmiş, əhalinin təhlükəli zonadan çıxarılmasında xüsusi fədakarlıq göstərib. Vertolyot komandiri kimi Ağdam, Şuşa, Ağdərə rayonlarında döyüş əməliyyatlarında fəal iştirak edib.

1992-ci il yanvarın 28-də onun vertolyotu düşmən tərəfindən vurulur, o, alova bürünmüş vertolyotu Şuşa üzərindən uzaqlaşdırır, özü isə heyət üzvləri ilə birlikdə həlak olur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar