Ölkə

Qəbələdə FHN-in hərbi hissəsinin açılışı olub

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonunda inşa edilən "N" saylı hərbi hissəsinin açılışı olub.

· Xəbərçi
Qəbələdə FHN-in hərbi hissəsinin açılışı olub
APA-nın məlumatına görə dekabrın 14-də keçirilən tədbirdən öncə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hərbi hissənin həyətində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Nazir Kəmaləddin Heydərov zabit heyəti ilə birgə hərbi hissədəki əsgər yataqxanasına, yeməkxanaya, ərzaq saxlanma anbarına, tədris korpusuna, klub binasına, tibb məntəqəsinə, qərargah binasına baxış keçirib. Fövqəladə hal vəziyyətində istifadə ediləcək hərbi hissəyə məxsus texnikalarla yaxından tanış olan Kəmaləddin Heydərov hərbi hissənin zabit heyətinə öz tapşırıq və tövsiyələrini verib.

Şərhlər