Qəbələdə Beynəlxalq Pestisid Sərgisinin açılışı olub
07 Sentyabr 2011 Çərşənbə 13:36
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisid Assosiasiyasının təşkilatçılığı Qəbələdə keçirilən XI Beynəlxalq Pestisid Forumu çərçivəsində beynəlxalq sərginin açılış olub.
APA-nın məlumatına görə, 40-dan çox ölkənin təmsil olunduğu sərgidə nümayiş olunan materiallarda Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada davamlı üzvi çirkləndiricilər haqqında məlumatlar əks olunur, köhnəlmiş və davamlı üzvi çirkləndiricilərin vəziyyəti, köhnəlmiş pertisidlərin texniki və təşkilati vəziyyəti, barədə məlumat verilir. Sərgidə davamlı üzvi çirkləndiricilər-pestisidlərin inventarlaşdırılması, qablaşdırılması və saxlanılma poliqonları barədə şəkillər və videolar nümayiş etdirilir, kitab, jurnal və broşüralar vasitəsilə həmin ölkələrdə görülmüş işlər və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə məlumatlar verilir.

Sərgi üç gün davam edəcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar