Qazıməmməd-Qazax qaz kəmərində bərpa işləri yekunlaşıb
06 Fevral 2012 Bazar Ertəsi 01:32
Göyçayın qazsız qalan 4 kəndinə mavi yanacağın verlişi bərpa edlib.
Bir həftə öncə qəza baş verən Qazıməmməd-Qazax magistral qaz kəmərində aparılan təmir işləri ötən gün yekunlaşıb və Göyçayın qazsız qalan 4 kəndinə mavi yanacağın verlişi bərpa edlib. Xatırladaq ki, Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçayın Qarayazı kəndi ərazisindən keçən 118-ci kilometrliyində qaz sızması səbəbindən baş verən qəza zamanı Göyçay, Ucar və Qəbələ rayonlarına təbii qazın verilişi dayandırılmış, daha sonradan bu rayonlara mavi yanacağın verilişi alternativ kəmər vasitəsi ilə təmin edimişdi.

Mütəxəssislərin fikrincə qaz kəmərində baş vermiş qəzaya borularda yaranan korroziya səbəb olub. Belə ki, 1978-ci ildə istifadəyə verilən qaz kəmərində çürümə baş verdiyindən şaxtalı havalarda qazın təzyiqinin artırılması boruların qaynaq hissəsində sızmaya səbəb olmuş, daha sonra isə qəza baş vermişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar