Qarabağ bölgəsində rəqəmli TV yayıma başlayıb
01 Oktyabr 2011 Şənbə 17:56
Yayım Ağsu aşırımının 864 metr hündürlüyündə 92 metrlik teleqüllədən həyata keçirilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Qarabağ bölgəsində rəqəmli TV yayımına başlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumaa görə, bölgədə yayım Ağsu Radio Televiziya Yayım Stansiyasında yüksək tələblərə cavab verən rəqəmli TV yayımı avadanlığının qurulmasından sonra baş tutub.

Ağsu aşırımının 864 metr hündürlüyündə 92 metrlik teleqüllədən yayım həyata keçirilir. Bu yayım bütün Aran bölgəsi ilə yanaşı, Qarabağ bölgəsini də əhatə edir.

Qeyd edək ki, hazırda Azərbaycanda rəqəmli yayım ölkə əhalisinin 55 faizinin yaşadığı ərazini əhatə edir.
 ANSPRES


DOSTLARINLA PAYLAŞ:

oyunlar