Qarabağ Azadlıq Təşkilatı elmi-praktiki konfrans keçirib
26 May 2009 Çərşənbə Axşamı 14:50
Konfrans 28 may Respublika Gününə həsr edilib

 

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə «Qarabağ dünən, bu gün və sabah» mövzusunda ənənəvi 8-ci elmi-praktiki konfrans keçirilib. Konfrans hər il 28 may Respublika Günü münasibəti ilə keçirilir.

Bu dəfəki toplantının mövzusu Qarabağın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, erməni təcavüzünün nəticələrinin aradan qaldırılması imkanlarının hərbi, siyasi, hüquqi aspektlərinə dair məqalələr təqdim olunub.

Konfransda çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bəyan edib ki, bu dəfəki konfransa 37 məqalə təqdim olunub: «İndiyə qədər, 8 il müddətində isə 300-ə qədər məqalə olub. Biz bunları bu il çap olunan kitaba salacağıq. Bu kitabda Qarabağın tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi istiqamətində aparılan işlər üçün vacib sənədlər də daxil edilib». /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar