Qanunsuz evləri sənədləşdirmək istəyənlərə şad xəbər
22 Noyabr 2011 Çərşənbə Axşamı 13:07
Qanunsuz tikililərin sənədləşdirilməsi barədə qanun layihəsi hazırlanıb.
“Azərbaycan prezidentinin bu ilin əvvəlində verdiyi sərəncama uyğun olaraq qanunsuz tikililərin sənədləşdirilməsi barədə qanun layihəsi hazırlanıb”. APA-nın məlumatına görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov deyib.
Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisdə təsdiqlənəndən sonra qüvvəyə minəcək: “Qanun layihəsi artıq hazırdır və müvafiq qurumlara təqdim olunub”.
Q.Məmmədov Bakı şəhərinin ətraf qəsəbələrində və Abşeron rayonu ərazisində əkinə yararlı torpaqlarda tikililərin inşası ilə bağlı məsələlərə də münasibət bildirib. Komitə sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum bununla bağlı daim monitorinqlər apararaq müvafiq orqanlara məlumat verir: “Belə tikililərin sökülməsi istiqamətində də lazımi addımlar atılır”.
DOSTLARINLA PAYLAŞ: