Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına $4,6 mlrd ayrılıb
07 Dekabr 2011 Çərşənbə 12:55
Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib.
Qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilmə həcmi $4,6 mlrd. təşkil edib. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə günü Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
"Dövlət Neft Fondundan bu məqsədlərə daha $1 mlrd. məbləğində vəsait ayrılıb", - deyə Ş.Mustafayev qeyd edib.
Onun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə əhalinin bu kateqoriyasına 9,6 mln. manat həcmində güzəştli kredit verilib. Bu vəsaitlər 660 layihənin həyata keçirilməsi üçün ayrılıb.
Nazir vurğulayıb ki, 2004-cü ildən Azərbaycanda 1 mln. iş yeri, 40 min yeni müəssisə açılıb.
"Azərbaycanın strateji valyuta ehtiyatları $40 mlrd.-ı ötür ki, bu da respublikanın xarici borcundan 8 dəfə çoxdur ", - deyə o əlavə edib.
DOSTLARINLA PAYLAŞ: