Ölkə

Prezident Ucar rayonuna 2 milyon manat ayırıb

İlham Əliyev Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

· Xəbərçi
Prezident Ucar rayonuna 2 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ucar rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Şərhlər