Prezident Qusara 5 milyon manat ayırdı
22 Fevral 2012 Çərşənbə 20:07
Vəsait 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik Həzrə-Zuxul avtomobil yolunun tikintisinin davamına sər ediləcək.
Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5 milyon manatı Qusar rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar